Cümə axşamı, 02 May

"Rusiyanın qərarına cavab olaraq Aİ Ukraynaya hərbi dəstəyini artırmalıdır" - Borrell

image

"Rusiyanın Qara dənizdəki gəmilərlə bağlı qərarına cavab olaraq Aİ Ukraynaya hərbi dəstəyi artırılmalıdır".

Xəbər verilir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.

Borrel bildirib ki, əgər "Taxıl sazişi"ndən əvvəl taxıl anbarda qalırdısa, indi onu Rusiya məhv edir.

"Bunun həm Ukrayna üçün, həm də dünya üçün ağır nəticələri var. Nazirlər bu məsələnin həllini müzakirə edəcəklər. Ancaq bu məsələnin yeganə həlli var, Ukraynaya hərbi yardımı artırmaq, bu ölkə bombalanırsa deməli biz onları havadan müdafiə sistemləri ilə təmin etməliyik. Əgər Rusiya Ukraynanı bombalamaq üçün dronlardan istifadə edirsə, biz Ukraynaya bu dronları məhv etmək üçün müdafiə sistemləri verməliyik. Biz yardım edirik, ancaq son 3 gündə hücumların intensiv olduğunu görürük, bunun da bir cavabı var, Ukrayna üçün daha çox hərbi resurslar təmin etmək. Bu gün mən Avropa Sülh Mexanizmi çərçivəsində Ukraynaya yeni yardımla bağlı təklifimi nazirlərə təqdim edəcəyəm", Borrel deyib.

Qeyd edək ki, Rusiya "Qara Dəniz Taxıl Sazişi"ndə iştirakını dayandırdıqdan sonra elan edib ki, Qara dənizdəki gəmilərin yükündən asılı olmayaraq onlar Rusiya qüvvələri üçün hərbi hədəf olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15